"MINEPS konfransının Heydər Əliyevin yubileyi olan ildə keçirilməsi sevindirici haldır".
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiyanın idman naziri Oleq Matıçin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin iclasında çıxışı zamanı deyib.
"Bugünkü konfrans bizim üçün xüsusilə əlamətdardır. İdman bizi birləşdirir, bu, qarşılıqlı əlaqə üçün güclü vasitədir".
Rusiyanın idman naziri qeyd edib ki, UNESCO beynəlxalq qurum kimi idman sahəsində ölkələr arasında qarşılıqlı əməkdaşlığa yardım etməlidir.
Onun sözlərinə görə, Rusiya “Həyat üçün uyğun” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və onun həyata keçirilməsi üçün vəsait ayırıb.
İdman naziri əlavə edib ki, Rusiya üçün idman sahəsində “düşmən ölkələr” yoxdur və maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.