“Real Madrid”in sabiq baş məşqçisi və futbolçusu, Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Fransa millisinə rəhbərlik edəcəyini istisna etməyib.
“Demokratikmusavat.com ” xəbər verir ki, onun açıqlamasını “Telefoot” nəşri yayıb.
“Heç nəyi istisna etmək olmaz. İstədiyinizi hiss etməlisiniz. Mən indi nə istədiyimi və nəyi istəmədiyimi bilirəm. Sadəcə öz-özümə deyirəm: əgər fasilə olubsa, bu baş verməli idi. Baş verənləri qəbul edib, bundan sonra nə olacağını görməliyik. Beş ildən sonra özümü harada görürəm? Mən ümumiyyətlə heç nə bilmirəm!” Zidan bildirib.
Fransız mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Zidan 2002-ci ildə “Real Madrid” oyunçusu kimi Çempionlar Liqasının qalibi olub.