"Qəbələ" Zurab Oçiqavanı heyətinə qatıb

 

2023/2024 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Klubdan Demokratikmusavat.com a verilən məlumata görə, "qırmızı-qaralar" "Sabah"dan ayrılan Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legioner Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.

O, karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub. Oçiqava Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Ahmed Ayzayanı heyətinə qatıb.

0.28205800056458