Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər

 

Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.

Demokratikmusavat.com xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.

Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.(Report)

0.14468383789062