Türkiyə futbolunun əfsanəsi, qardaş ölkənin tanınmış məşqçilərindən biri olan Sərgən Yalçın Azərbaycana gəlir.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Levent Ümit Erol “Tvitter” hesabında məlumat yayıb. O bildirib ki, 50 yaşlı mütəxəssis “Neftçi” ilə danışıqlar aparacaq:
"Sərgən Yalçın özəl dəvətlə Azərbaycan gedir. "Neftçi" klubu ilə masaya oturacaq".
Qeyd edək ki, məşqçilik karyerasında 2013-cü ildə başlayan Sərgən “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və Beşiktaş”da çalışıb. O, İstanbul təmsilçisi ilə Türkiyə çempionu olub və ölkə kubokunun qalibi olub. Təqribən ilyarımdır işsizdir.
Sərgən Yalçın "Fənərbağça"nın baş məşqçi postuna namizədlərdən biridir.