Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.
Bu barədə “Demokratikmusavat.com ”a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.