Türkiyə Cənubi Qafqazdadır, ruslar bununla hesablaşmalıdırlar - Erməni politoloq

 

Türkiyə 2020-ci ildə İkinci Qarabağ savaşından sonra strateji baxımdan bölgəmizə daxil olub.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “aysor.am”a müsahibəsində Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib.

Türkiyənin Cənubi Qafqazdakı təsirini şərh edən İsgəndəryan deyib ki, Türkiyə siyasi, iqtisadi, mədəni cəhətdən bölgədə idi: “Azərbaycanda da, Gürcüstanda da... Amma strateji mənada 2020-ci il müharibəsindən sonra girdilər. Və onlar artıq buradadırlar. Ruslar bununla hesablaşmalıdırlar. Çünki Türkiyə Rusiya üçün əhəmiyyətli dərəcədə önəmlidir”.

Mürtəza
Demokratikmusavat.com

0.12811803817749