Bu ölkədə dünyanın ən böyük hava limanı tikiləcək

 

Beynəlxalq Hava Limanları Şurasının mətbuat xidməti Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri tərəfindən Dubayda tikiləcək dünyanın ən böyük hava limanı olan “Dubai World Central”ın dizaynını paylaşıb.

Demokratikmusavat.com xəbər verir ki, nəhəng layihənin dəyəri 33 milyard dollardır.

“Dubai World Central”da yerləşəcək genişləndirilmiş Əl Maktum Beynəlxalq Hava Limanının 2050-ci ilə qədər illik 255 milyon sərnişin tutumu ilə dünyanın ən böyük hava limanı olması planlaşdırılır.

Dubay Beynəlxalq Hava Limanı hazırda 2900 hektar əraziyə malikdir və 2022-ci ildə 66,1 milyon sərnişin üçün dayanacaq məntəqəsi olub. 

Tikinti işlərinin 2030-cu ilə qədər başa çatdırılması gözlənilən Əl-Maktum Beynəlxalq Hava Limanında logistika mərkəzi, dəbdəbəli qolf meydançası, 3 milyon kvadratmetrlik sərgi sahəsinə malik ticarət mərkəzi, hotellər və yaşayış sahəsinin olması planlaşdırılır. 

Beynəlxalq Hava Limanları Şurasının açıqladığı məlumatlara görə, Dubay Hava Limanı üç il dalbadal digər ölkələrdən gələn sərnişinlərin sayına görə siyahıda birinci yerdədir.

Günay

0.14601278305054