Salvadorda saxtakarlıq faciəsi: 12 ölü, 90 yaralı

 

Salvadorda "Alianza" ilə "FAS" klubları arasında keçirilən 1/4 final matçına saxta biletlə daxil olan tamaşaçılar səbəbilə izdiham yaranıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub, 90 nəfər isə yaralanıb.

Stadiona keçə bilməyən əsl bilet sahibləri sıxlıq səbəbindən turniketlərdən tullanaraq tribunalara daxil olmağa çalışıblar.

Daha sonra azerkeşlər arasında dava düşüb.

Hadisəyə görə matç yarımçıq qalıb.

Salvador Prezidenti Nayib Bukele polisin hərtərəfli araşdırma aparacağını bildirib.

Günay

0.19834518432617