İtkin düşən avstraliyalı balıqçının cəsədi timsahın mədəsindən tapıldı - FOTO

 

Avstraliyada yoxa çıxan Kevin Darmodi adlı şəxsin cəsədinin hissələri timsahın mədəsində tapılıb.

Demokratikmusavat.com “BBC”yə istinadla xəbər verir ki, o, Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə balıq tutan zaman timsaha yem olub.

Ərazidə davam edən axtarışdan sonra 4,1 və 2,8 metr uzunluğunda iki timsah öldürülüb.

Kevin Darmodinin bədən hissələri tək bir timsahın mədəsindən çıxıb. Ancaq vəhşi təbiət mütəxəssisləri Darmodinin bu iki heyvan tərəfindən öldürüldüyünü düşünürlər.

Hadisə zamanı Darmodinin yanında olan balıqçı dostu yalnız qışqırıq və suya düşmə səsi eşitdiyini bildirib. 

“Qaçaraq gəldim, amma ondan əsər-əlamət yox idi. Onun yalnız sahildə əşyaları var idi”.

Qeyd edək ki, Darmodinin ölümü 1985-ci ildən bugünə qədər qeydə alınan 13-cü ölümdür.

Günay

 

0.12968015670776