PAŞA Holdinq əsasən xarici taksi şirkətlərin hökmranlıq etdiyi Azərbaycanın taksi bazarına da daxil olur: Osman Gündüz

 

"PAŞA Holdinq əsasən xarici taksi şirkətlərin hökmranlıq etdiyi Azərbaycanın taksi bazarına da daxil olur"

"Demokratikmusavat.com" xəbər verir ki, bu fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz paylaşıb. 

Onun sözlərinə görə, Azərbaycanda taksi xidməti fəaliyyəti ilə məşğul olan xarici şirkətlərin sayı artıb.

"Ukraynanın taksi şirkəti Uklon Umico ilə əməkaşlıq çərçivəsində Azərbaycanda fəaliyyətə başlayıb.
Umico PAŞA Holdinq investisiyalı şirkətdir.

Belə görünür ki, PAŞA Holdinq çatdırılma, e-ticarət, taksi xidməti və s. funksionallıqlara sahib olan Umico-nu daha nəhəng bir platformaya çevirmək niyyəti var."

Ekspert Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayını da açıqlayıb.

"1. Uber ( Bu brendin MDB-də sahibi Yandex-dir. Belə ki, xeyli müddətdir ki, Amerikanın qlobal taksi şirkəti olan Uber Azərbaycanda öz payını Rusiyanın Yandex şirkətinə satıb)
2. Bolt (Estoniya)
3. Yango (Rusiya, Yandex)
4. Maxim (Ukrayna)
5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)

Ölkəmizdə taksi bazarında rəqabət ifrat dərəcədə güclüdür. Yüzlərlə taksi şirkətləri var. On minlərlə taksi sürücüləri bu bazarda xidmət göstərir. Xarici taksi şirkətləri daha innovativ həllər təklif edirlər. Qiymətlər də kifayət qədər ucuzdur.
Bu xidmətin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu narazılıqlar da müşahidə olunur.

Belə bir şəraitdə, Uklon-nun Umico ilə əməkdaşlıq çərçivəsində, yerli şirkət olaraq bazara daxil olması çox düşündürücüdür.
Düşünmək olar ki, rəqabətin güclü olduğu bu bazara yeni şirkətin daxil olması xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar.

Lakin burada digər yerli taksi şirkətlərinin, vergi ödəyiciləri olan taksi sürücülərinin rəqabətə davamlılığı ilə bağlı risklər də qaçılmaz ola bilər.

Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə, taksi bazarında 100-dək yerli taksi şirkətinin, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır. Belə görürəm Antiinhisarın işi hədsiz çoxalacaq."

Səfurə, "Demokratikmusavat.com" 

0.14789795875549