Bayden və Harris ianə toplamağa başladılar

 

ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris seçki kampaniyasına ianə toplamağa başladıqlarını elan ediblər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ liderinin seçki kampaniyasının saytında məlumat verilib.

Sayt ziyarətçilərinə 10, 25, 75, 150 və ya 250 dollar məbləğində ianə vermək təklif olunur. Bundan başqa, saytda müxtəlif məhsullar təqdim olunur. Məsələn, Demokratlar Partiyasının tərəfdarları 32 dollara Bayden və Harris soyadlarının yazıldığı köynəkləri ala bilərlər.

Qeyd edək ki, “OpenSecrets” araşdırma təşkilatının məlumatına görə, ABŞ lideri əvvəlki seçkidə 1 milyard dollardan çox, respublikaçı Donald Tramp isə 774 milyon dollar ianə toplamışdı.

 

 

0.14480710029602