Premyer Liqa: "Sumqayıt" və "Qəbələ"nin start heyətləri bəlli olub

 

Azərbaycan Premyer Liqasının XXXI turunun bağlanış oyununda üz-üzə gələcək "Sumqayıt" və "Qəbələ"nin start heyətləri açıqlanıb.

Demokratikmusavat.com  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sumqayıt": 25. İlnur Valiev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 7. Terrens Tisdel, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

0.16982221603394