ABŞ: Ukraynada atəşkəsin razılaşdırılması Rusiyanın fəthini təsdiqləyir

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Çinin Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün 12 bəndlik təklifini açıqlamasından sonra bölgədəki son vəziyyəti dəyərləndirib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Con Kirbi Ukraynada atəşkəsin razılaşdırılmasının Rusiyanın fəthini təsdiqləyini söyləyib.

“Pekinin Ukraynadakı müharibəni dayandırmaq çağırışı ağlabatandır. Bu vəziyyət Rusiyanın Ukraynada işğal etdiyi torpaqların legitimləşməsinə gətirib çıxara bilər. Rusiya bu atəşkəsdən Ukraynadakı mövqelərini möhkəmləndirmək və hərbi qüvvələrini gücləndirmək üçün istifadə edə bilər. Bu hal Rusiyanın istədiyi zaman yenidən hücum etməyinə şərait yarada bilər. Açıq desək, bu, ədalətli və davamlı sülh üçün inandığımız addım deyil”, - deyə o əlavə edib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranı ilə bağlı mövqeyini əks etdirən 12 bəndlik sənəd dərc edib. Sənəddə vurğulanır ki, Ukrayna böhranının həlli üçün yeganə əlverişli yol sülh danışıqlarıdır.

“Bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ciddi şəkildə qorunmalıdır. Hər iki tərəf rasional və təmkinlə hərəkət etməlidir”- sənəddə qeyd edilir.

Günay

0.15818905830383