Terrorçularla atışmada uşaqlar həlak oldu

 

Cənubi Vəziristanın (Pakistan) Əfqanıstanla sərhədində hərbi əməliyyatlar zamanı radikal “Təhrik-e-Taliban Pakistan” təşkilatının yaraqlıları ilə atışma olub, hadisə nəticəsində iki uşaq ölüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Pakistan ordusunun bəyanatında bildirilir.

“Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında intensiv atışma zamanı 8 terrorçu öldürülüb, 2 hərbçi isə yaralanıb. Təəssüf ki, atışma zamanı iki uşaq həlak olub”, - deyə məlumatda bildirilib.
Uşaqların hansı şəraitdə ölməsi və terror qruplaşmasına mənsub olub-olmadıqları barədə məlumat verilməyib.

0.1635308265686