Aİ və NATO vacib infrastrukturları qorumaq üçün birgə İşçi qrup yaradıb

 

Avropa İttifaqı (Aİ) və NATO bu təşkilatlara üzv ölkələrin vacib infrastrukturlarını qorumaq üçün birgə İşçi qrup yaradıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının cümə axşamı Brüsseldə yayılan bəyanatında deyilir.

“NATO və Aİ-nin yüksək səviyyəli rəsmiləri martın 16-da vacib infrastrukturların dayanıqlılığı üzrə yeni İşçi qrupunun fəaliyyətə başlaması üçün bir araya gəliblər”, - bəyanatda qeyd edilib.

0.21333289146423