İsrail Ukraynaya buna görə silah verə bilmir - Netanyahu açıqladı

 

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Rusiya ilə uzunmüddətli razılaşmalara görə Ukrayna Ordusunu silahla təmin edə bilməz.

Demokratikmusavat.com xəbər verir ki, o Berlində kansler Olaf Şoltsla danışıqlardan sonra birgə mətbuat konfransında deyib.

O xatırladıb ki, bir neçə il əvvəl İsraillə Rusiya Federasiyası arasında saziş bağlanıb. Daha sonra tərəflər İsrail və Rusiya pilotlarının Suriya hava məkanı yaxınlığında yan-yana uçması barədə razılığa gəliblər. Bu, İranın İsrail üçün “üçüncü cəbhə” açmasına mane olur.

“Amma bu məhdudiyyətlər və bu mülahizələr çərçivəsində biz Ukraynaya humanitar və müdafiə dəstəyi verməyə çalışırıq ki, bu da biz burada danışarkən baş verir. Biz Ukraynanı təkcə humanitar vasitələrlə dəstəkləmirik, həm də mülki müdafiəyə yardım edirik”.(report)

0.11781001091003