Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb

 

Monteneqro prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış ölkə parlamentini buraxıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Monteneqro parlamentinin 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir”, - Cukanoviçin fərmanının mətnində deyilir.

Respublika konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı gündən 60-dan tez, 100 gündən gec olmayaraq keçirilməlidir.

Monteneqro parlamentinin sədri Daniela Curoviç respublikada prezident seçkilərini martın 19-na təyin edib.

Elvin

Demokratikmusavat.com

0.16393113136292