Ağ Ev: ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

 

ABŞ yaxın günlərdə Ukraynaya silah və hərbi texnikanın növbəti partiyasını vermək niyyətindədir.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Yaxın günlərdə ABŞ-ın Ukraynaya daha da böyük hərbi yardım göstərməsi ilə bağlı daha bir açıqlama eşidəcəksiniz”, - Kirbi bildirib.

O, bu paketin həcmini və onun tərkibini açıqlamayıb.

Daha əvvəl Almaniya Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.

Yardım paketinə 500 ədəd "Heckler & Koch" SFP9 özü dolduran tapança; 155 mm kalibrli 5000 mərmi; 155 mm kalibrli dəqiq idarə olunan döyüş sursatları; çoxlu raket buraxılış qurğuları (RYAS), MARS II üçün sursat; 25 generator; iki forklift və iki anqar çadırı daxildir: .

Elvin

Demokratikmusavat.com

0.16639995574951