Rusiyadakı yanğında iştirakımız yoxdur - Podolyak

 

“Rusiyadakı sərhəd idarəsinin binasında baş verən yanğında bizim iştirakımız yoxdur”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib.

O, Rusiyanın Rostov şəhərində baş verən yanğında Ukraynanın iştirakının olmadığını bildirib.

“Ukrayna bu işə qarışmır, amma məmnuniyyətlə onu izləyir”, - deyə Podolyak bildirib.
Qeyd edək ki, Rusiyanın Rostov şəhərində FSB-yə bağlı sərhəd nəzarəti idarəsinin binasında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

0.16537594795227