"Vaqner" muzdlularının gizli qəbiristanlığı tapıldı

 

Rusiyada ölən əsgərlər üçün gizli qəbiristanlıqlar yaradaraq, Ukrayna müharibəsində real itkiləri gizlətməyə çalışırlar. Belə ki, Sverdlovsk vilayətində 67 nəfərin dəfn olunduğu yer tapıblar və onların "Vaqner" özəl hərbi şirkətinin muzdluları olduğu güman edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın “Sirena” kanalı Telegram-da məlumat yayıb. Bildirilir ki, bu yer Yekaterinburq yaxınlığındakı Berezovski şəhərində yerləşir.

Kadrlardan görünür ki, qəbirlər cərgə ilə düzülüb və onlar üçün ayrıca sektor ayrılıb və onlar digər qəbirlərdən xeyli aralıdadırlar.

Bildirilir ki, videonun müəllifləri ən azı 67 məzar sayıblar və orada yalnız 30-40 yaş arası kişilər dəfn edilib. Qəbrlərin üzərində quraşdırılan lövhələrdə isə hər birinin 2022-ci ilin dekabr-yanvar aylarında öldüyü qeyd edilib.

“Bütün qəbirlər eynidir: xaç, lövhə, iki çələng və iynəyarpaq budaqları qoyulub.

Qəbirlərin çoxu qarla örtülsə də, bir neçəsi qarla örtülməyib. Güman edirik ki, onlar yeni qəbrlərdir. 10-a yaxın çuxur da qazılıb, lakin onlar hələ də boşdur”,-deyə video müəllifləri bildiriblər.

İnternetdə yayılan başqa bir videoda isə bir kişi eyni formada olan məzarların şəkillərini çəkərək onların yüzdən çox olduğunu deyib. Onun sözlərinə görə, orada Ukraynada ləğv edilmiş “vaqneriyalılar” dəfn olunub.

Kanalların qeyd etdiyi kimi, bu, Sverdlovsk vilayətində Ukrayna müdafiəçiləri tərəfindən ləğv edilmiş rus əsgərlərinin kütləvi şəkildə basdırıldığı ən azı üçüncü qəbiristanlıqdır.

Xatırladaq ki, bundan əvvəl fevralın əvvəlində Rusiyanın müvəqqəti işğalı altında olan Luqansk yaxınlığında “Vaqneri”lərin kütləvi dəfni aşkar edilmişdi.

Daha sonra isə Kirovka kəndinin sakinləri yerli qəbiristanlıqda 42 təzə kişi qəbri aşkar ediblər. Hadisə şahidlərinin sözlərinə görə, məzarları ziyarət edən yoxdur. Bundan əlavə, dəfn edilənlərin heç birinin kimliyi onlara məlum deyil.

Qeyd edək ki, jurnalistlər məzar daşlarının üzərindəki yazılara uyğun gələn 37 kişi haqqında məlumat tapıblar. Onlardan 35-i rus, biri Belarus, biri isə Özbəkistan vətəndaşı olub.

Onu da əlavə edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının qiymətləndirməsinə əsasən, təkcə ötən gün, martın 14-də ukraynalı hərbçilər 980-ə yaxın rus əsgərini məhv edib.

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya Federasiyasının işğalçı ordusu artıq 161.500-dən çox insanı itirib. Həmçinin Rusiya qoşunları minlərlə hərbi texnikasını itirib.

0.18147897720337