Kadırov Putindən buna görə qorxur - ISW

 

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə çeçen birləşmələri hazırda cəbhə bölgəsində minimal rol oynayır.

Demokratikmusavat.com ” xəbər verir ki, bu Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, çeçen silahlı birləşmələri Luqansk vilayətindəki şəhər tipli Beloqorovka qəsəbəsi yaxınlığında həyata keçirilən hücum əməliyyatlarında iştirak edir. Bundan əlavə olaraq çeçen bölmələri işğal olunmuş Ukrayna ərazisinin arxa bölgələrində də “hüquq-mühafizə funksiyalarını” yerinə yetirir.

Hesabatda həmçinin qeyd olunur ki, Çeçenistan lideri Ramzan Kadırov əlaltılarının hər hansı böyük hərbi uğurunu nümayiş etdirə bilmədiyi üçün Rusiya prezidenti Vladimir Putinin ona olan rəğbətini itirməkdən qorxur. 

ISW hesab edir ki, Putinlə görüş zamanı Çeçenistan rəhbəri onun reputasiyasını “ağartmağa” ümid edib.

Mürtəza
Demokratikmusavat.com

0.14623594284058