Yunanıstanda bütün uçuşlar dayandırılacaq

 

“Yunanıstanda onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar keçirilən etiraz aksiyasına ölkənin aviasiya işçiləri də qoşulacaq. Bu səbəbdən cümə axşamı Yunanıstan hava limanlarında uçuşlar 24 saatlıq dayandırılacaq”. 

Demokratikmusavat.com ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə mülki aviasiya idarəsinin sözçüsü məlumat verib. 

“Bütün uçuşlar martın 16-da yerli vaxtla saat 12:01-dən gecə yarısına kimi dayandırılacaq. Yalnız havadan uçuşlar, fövqəladə hallar və axtarış-xilasetmə uçuşları həyata keçiriləcək.

“Aegean Airlines” və “Olympic Air” həmin gün bütün daxili və beynəlxalq uçuşları ləğv etmək məcburiyyətində qaldıqlarını bildirib. Aksiya ölkənin 40 hava limanında yüzlərlə reysə öz təsirini göstərəcək.

Tətillə əlaqədar gəmilər də limanlarda olacaq.

Fevralın 28-də 350-dən çox insanı daşıyan sərnişin qatarı yük qatarı ilə toqquşub, nəticədə 57 nəfər ölüb, onlarla insan yaralanıb.

Mürtəza
Demokratikmusavat.com

0.2058641910553