Dünya şöhrətli aktrisa cavan qalmaq etdiyi ən qəribə proseduru açıqladı

 

50 yaşlı amerikalı aktrisa və sağlamlıq brendi "Goop"un qurucusu Qvinet Peltrou özünə etdiyi ən qəribə qulluq prosedurundan danışıb.

Demokratikmusavat.com xəbər verir ki, Peltrou “The Art of Being Well” podkastına verdiyi müsahibədə etiraf edib ki, rektal ozon terapiyası edib və bu, onun üçün çox faydalı olub.

Prosedur zamanı ozon-oksigen qarışığının kateter vasitəsilə düz bağırsağa 25 dəqiqə yeridilir. “Mən rektal ozon terapiyası aldım. Bunu demək olar? Bəli, çox qəribədir. Ancaq bu mənə çox kömək etdi", - ulduz açıqlamasında bildirib.

Qeyd edək ki, rektal ozon terapiyasına aid edilən faydalı xüsusiyyətlər arasında ağrı və iltihabın azalması, enerjinin artması, maddələr mübadiləsinin yaxşılaşması, detoksifikasiya və infeksiyalara qarşı müqavimətin artması müşahidə edilə bilər. Lakin bütün tibbi prosedurlar ciddi şəkildə həkim reseptinə uyğun aparılmalıdır.(Publika.az)

0.15205788612366