Qaz çatmır, yenə qənaətə keçəcəyik - Almaniya

 

Almaniyanın 86 milyard kubmetr qaza ehtiyacı var, ancaq müqavilələr ölkəni yalnız 75 milyard kubmetr qazla təmin edə bilir.

Demokratikmusavat.com xəbər verir ki, növbəti qış mövsümü üçün Almaniyanın 11 milyard kubmetr qaz defisiti var.

Almaniyanın Xristian-Demokrat və Xristian-Sosialist İttifaqı blokunun enerji məsələləri üzrə sədri Mark Helfrix bildirib ki, sıxılmış qaz idxalını necə artıracaqlarına dair hələ də fikir yoxdur.

Onun sözlərinə görə, defisit davam edəcəyi təqdirdə payızdan etibarən qənaət rejiminə keçəcəklər.(axar.az)

0.20556688308716