Zaxarova ekofəallardan danışdı: "Lazım olanda..."

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında Haaqada ətraf mühit fəallarına qarşı su şırnaqlarından istifadə edilməsinə münasibət bildirib.

Demokratikmusavat.com xəbər verir ki, o Qərbdə məsələlərə münasibətin birmənalı olmadığını deyib.

“Lazım olanda... lazımdır. Ehtiyac olmadıqda, bu, su şırnağıdır”, - Zaxarova bildirib.

Qeyd edək ki, bir gün əvvəl Haaqanın rayonlarından birində “minlərlə ekoloq” şəhərin əsas magistral yolunu – A12 magistralını bağlayıb, mədən işlərinə dövlət subsidiyalarının ayrılmasına qarşı çıxıblar. Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

0.18563604354858