Paralel.az " xəbər verir ki, bunu Kana ..."> Paralel.az " xəbər verir ki, bunu Kana ...">

“Putin administrasiyasına son qoymaq üçün..." - Nazir ilk dəfə açıqladı

 

Kanada Rusiyadan polad və alüminium məhsullarının idxalına qadağa qoyub.

Demokratikmusavat.com xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.

Nazir ilk dəfə Rusiyaya qarşı sanksiyalar ideyasının Prezident Vladimir Putin administrasiyasına son qoymaq məqsədi daşıdığını bildirib: “Moskvaya qarşı təcrid iqtisadi, siyasi və diplomatik olmalıdır. Alüminium və polad məhsulları əhatə edən qadağanın məqsədi Rusiyanın Ukraynaya hücum qabiliyyətini zəiflətməkdir. Putin administrasiyasının məsuliyyətə cəlb olunmasını istəyirik”.

“Biz Putinin Ukraynaya qanunsuz və vəhşicəsinə işğalını maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaltmaq və ya məhdudlaşdırmaq üçün əlimizdən gələni edirik", deyə Kanadanın baş nazirinin müavini və maliyyə naziri Kristia Friland bildirib.

Qeyd edək ki, Kanada daha əvvəl Rusiyanın 1600-dən çox şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib.

 

0.12822985649109