Sabiq futbolçu deputat olmaq istəyir - FOTO

 

“Krasnodar”ın və “Spartak”ın sabiq futbolçusu Ariklenes da Silva Ferreyra (Ari) deputat olmaq istəyir.

Demokratikmusavat.com xəbər verir ki, Dövlət Dumasının deputatı Roman Teryuşkov onun istəyinə belə münasibət bildirib:

“İdmançı vaxtının çox hissəsini hüquq, siyasi, sosioloji elmlərin öyrənilməsinə həsr edibsə, təbii ki, o, qanunvericilik məclisinin layiqli nümayəndəsi ola bilər. Ancaq əsas vaxtı məşq prosesi tuturdusa, məşqçi olaraq, qalsa daha yaxşıdır”.

Martın 9-da Arinin Sport24-ə müsahibəsi dərc olunub və o, deputat olmaq arzusundan danışıb. Bu xəbər Rusiyada böyük rezonansa səbəb olub. Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri, Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Gennadi Züqanov Arini partiyasına üzv olmağa dəvət edib.

Ari Rusiyanın “Spartak” və “Krasnodar” klublarında çıxış edib. 36 yaşlı hücumçunun son klubu icarə əsasında çıxış etdiyi Moskva “Lokomotiv”i olub. Arinin Rusiya millisində də iki oyunu var.

0.25243401527405