Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
“Demokratikmusavat.com ” xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. “Turan Tovuz” isə Bakıda “Neftçi”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
5 mart (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”
Qeyd edək ki, turun “Zirə” - “Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. “Sumqayıt” “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.