III Çarlz monarx kimi ilk səfərlərini bu ölkələrə edəcək

 

Britaniya kralı III Çarlz monarx kimi ilk səfərlərini Fransa və Almaniyaya edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bukinqem sarayı məlumat yayıb.

Bildirilib ki, kral III Çarlz və kraliça Kamilla 26-31 mart tarixlərində səfərə çıxacaqlar.

Qeyd edək ki, bu, Britaniya monarxının 2015-ci ildən bəri ilk xarici səfəri olacaq. Ondan sonra mərhum kraliça II Yelizaveta yaşına görə ölkə xaricinə səyahətini dayandırıb.

0.14077305793762