Blinken Səudiyyə Ərəbistanının 400 milyon dollarlıq yardımından yazdı

 

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səudla görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Blinken tvitter hesabında paylaşım edib.

Görüş G20 sammiti çərçivəsində baş tutub.

“Mən Səudiyyə Ərbistanının xarici işlər nazirinin Kiyevə səfəri zamanı Ukraynaya 400 milyon dollardan çox enerji və digər mühüm yardım göstərməsini alqışlayıram. Biz həmçinin ikitərəfli əlaqələrimizi və regional məsələləri müzakirə etdik”, - deyə Blinken bildirib.

0.18566584587097