Rafael Qrossi: AEBA Qoşulmama Hərəkatının yanındadır

 

AEBA pandemiya dövründə 129 ölkəni dəstəkləyib, texniki ləvazimatlar göndərib, treninqlər təşkil edib.

Demokratikmusavat.com xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi deyib.

O bildirib ki, AEBA FAO və ÜST-lə yaxın əməkdaşlıq edib, problemlərin həlli üzərində birgə işləyib: “Bizim bu kampaniyamız davam edir. Biz gələcəyə hazırlıqlı olmalıyıq bu, artıq çıxışlarda da vurğulandı. AEBA "Zodiac" proqramını başladıb ki, bu beynəlxalq proqramdır. Proqram nüvə texnologiyasından istifadə edərək baytarlıq laboatoriyalarında aparılan analizlərdə ilkin patogenləri müəyyən etməyə imkan verəcək. Bu proqramla 150 ölkədən 130 laboratoriyanı əlaqələndirmişik ki, Qoşulmama Hərəkatının (QH) üzvlərinin demək olar ki, hamısı bu proqrama qoşulub. AEBA QH-nin yanındadır, biz sizi bərpa prosesində dəstəkləyəcəyik, biz gələcəyə hazırlıqda sizin yanınızda olacağıq”.

0.17447805404663