Faciəvi qəzaya görə nazir istefa verdi: məsuliyyət daşıyıram...

 

Yunanıstanda baş verən qatar qəzasından sonra nəqliyyat naziri Kostas Karamanlis istefa edib. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Karamanlis yazılı bəyanatında bu cür faciəli hadisə baş verəndə heç nə olmamış kimi davam etməyin mümkün olmayacağını deyib.

“Bu, qurbanların xatirəsini yad etmək üçün edə biləcəyim ən az şeydir”, - deyə o əlavə edib.

Karamanlis həmçinin dövlətin uzun müddətli təkrarlanan səhvlərinin məsuliyyətini üzərinə götürdüyünü vurğulayıb.

Günay

0.13823318481445