Türk dilini qadağan edən dövlət geri addım atdı: icazə verildi

 

İraq hökuməti etirazlardan sonra Kərkükdə rəsmi yazışmalarda türkmən dilinin qadağan edilməsini nəzərdə tuttan qərara yenidən baxıb.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, İraq Parlamentinin Türkmən qrupu tərəfindən verilən açıqlamada qərarın konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilib.

Məlumatda İraqın baş naziri Məhəmməd əl-Sudani Kərkükdəki rəsmi yazışma dilləri arasında türkməncənin də yer alması ilə bağlı göstəriş verdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl İraq hökuməti Kərkükdəki dövlət idarələrində türk dilinin işlədilməsini qadağan edilmişdi.
Bu addımın İrandakı kimi İraqda da türk əhalinin assimilyasiyası və Kərkükün Quzey İraq Kürd Muxtariyyatına tabe etdirilməsi məqsədi ilə atıldığı bildirilirdi.

Billurə

 

0.18221211433411