Bakı İnzibati Məhkəməsi (h. Orxan Həsənov)  şikayəti apellyasiya instansiyasına göndərmir

 

Bakı İnzibati Məhkəməsi (h. Orxan Həsənov)  şikayəti apellyasiya instansiyasına göndərmir

Məhkəmə hakimiyyətinin qeyri-prosessual qaydaları qüvvədədir 

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun cavabdehlərlə qeyri-prosessual münasibətə girərək məhkəmə təminatı hüququma qadağa qoymasından, Azərbaycan Respublikasının Konstitusiyasını, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarını Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul edilməyən saxta 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadından aşağıda tutmasından media informasiya yayıb. Məhkəmənin Şəki “dövləti” adından çıxardığı qərardadını 10 aylıq süründürməçilikdən sonra çıxarması bir yana, qəbul etdiyi qərarını ən geci 5 günə verməli olduğu halda, 53 gündən sonra çoxsaylı şikayətlərdən sonra verməsi o biri yana, indi də apellyasiya hüququna qadağa qoyması bu biri yandan üzə çıxır.

Hakim Orxan Həsənov 12.12.2022 tarixli 2 qərardadını 03.02.2023-cü ildə rəsmi qaydada təqdim edib. 08.02.2023-cü ildə həm elektron qaydada, həm də poçtla qərardadlardan apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə göndərilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin(İPM) 86.3 maddəsinə görə, inzibati məhkəmə şikayətin daxil olduğu vaxtdan beş gün müddətində həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq apellyasiya məhkəməsinə göndərir.

Lakin Orxan Həsənov 20 gündən çoxdur İPM-in tələbinə yox, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual tələbinə boyun əyir; hələ də şikayəti apellyasiya instansiyasına göndərməkdən imtina edir. Bağlantılı dövlət orqanlarına şikayətlər də sonuc vermir. Hakim Orxan Həsənov 20 gün qabağa -08.02.2023-cü il tarixə imzaladığı,  01.03.2023-cü il tarixli sifarişli məktubla 12.12.2022 tarixli qərardadların verildiyini və apellyasiya hüququnun olduğunu bildirib . Halbuki, vurğuladığımız kimi, apellyasiya şikayəti elə hakimin bilərəkdən köhnə tarixə imzaladığı 08.02.2023-cü ildə verilib. Niyə məhkəmə , şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmir?

Ümid edirik ki, Məhkəmə-Hüquq Şurası hakim Orxan Həsənovun suala cavab verməsini və şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərməsini təmin etməkdə çətinlik çəkməz.

Məğrur Bədəlsoy

0.12533497810364