Arda Turan vergidən yayınmaqda ittiham olunur

 

Futbol üzrə Türkiyə millisinin keçmiş üzvü Arda Turan “Atletiko" və “Barselona”da oynadığı dövrlərdə vergidən yayınmaqda ittiham olunub.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “Vozpopuli” qəzeti məlumat yayıb.

A.Turanın 2015-2016-cı illərdə 828 min avro vergidən yayındığı qeyd olunub.

Onun Barselonaya gedərək məhkəmə qarşısında Maliyyə Nazirliyi ilə razılığa gələrək bu məsələni həll edə biləcəyi yazılıb.

0.14902400970459