Kriştiano Ronaldudan sonra daha bir ulduz futbolçu “Ən-Nəsr”ə yollana bilər.
Səudiyyə Ərəbistanı təmsilçisi PSJ-nin müdafiəçisi Serxio Ramosun xidmətində maraqlıdır. Klub artıq 36 yaşlı ispaniyalının yaxın ətrafı ilə əlaqə yaradıb. Ərəblər PSJ ilə müqaviləsi yayda başa çatacaq müdafiəçi ilə sözləşmə imzalamaq istəyir.
Ramos PSJ-də özünü yaxşı hiss edir. Ancaq o, parislilərlə yeni müqavilə imzalayıb-imzalamayacağını hələ dəqiqləşdirməyib.
Təcrübəli oyunçu bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib və iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
“Əl-Nəsr” bir müddət əvvəl Kriştiano Ronaldunu heyətinə qatmaqla diqqət çəkib. “Olimpiakos”dan ayrılan daha bir sabiq “Real”lı Marselonun da Səudiyyə Ərəbistanı klubuna gedəcəyi iddia edilir.
Mənbə: “Marca”