“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu yenidən Azərbaycanda oynamaq istəyir

 

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Ailton Silva yenidən Azərbaycanda oynamaq istəyir.

“Report”un əldə etdiyi məlumata görə, hazırda azad agent statusu daşıyan braziliyalı müdafiəçi öz xidmətini Premyer Liqa klublarına təklif edib.

28 yaşlı sol cinah oyunçusunun meneceri bununla bağlı təmaslarını davam etdirir. Fevralın əvvəlində Rusiyanın “Rodina” klubundan ayrılan Ailtonun Azərbaycanla yanaşı, Avropanın digər ölkələrdə, həmçinin, vətəni Braziliyada da çıxış etmək variantı var.

Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.

0.1417760848999