Türkiyəli məşhurlardan zərərçəkənlərə növbəti yardım

 

Türkiyədəki zəlzələdən zərərçəkən insanlar üçün "Bir Kira Bir Yuva" kampaniyası başladılıb.

Demokratikmusavat.com xəbər verir ki, kampaniyaya türkiyəli məşhurlar da qoşulublar.

Müğənnilər Hakan Altun 5, Yıldız Tilbe 12, aktyor Mert Fırat 10 ailənin kirayə haqqını ödəyəcəklər.

Aparıcı Armağan Çağlayan 1 milyon lirə, müğənni Gülşən 120 min lirə, aktrisalar Meltem Cumhul 40 min dollar, Pınar Dəniz 100 min lirə, aktyor Metin Akpınar isə zərərçəkənlərə dəstək üçün 500 min lirə bağışlayıblar.

Müğənni Sıla isə bir konsertinin bütün gəlirini ianə edib.

0.13199090957642