Sürücülər bu istiqamətində ciddi problemlə üzləşir

 

8 Noyabr prospektindən şəhər istiqamətində hərəkət edən avtomobillərin əks dönüş istiqamətində geri qayıtmaları üçün əlavə dönmə yerlərinin olmaması sürücülər üçün çətinliklər yaradır. Bu yolda hərəkət edən sürücülər ən uyğun variant kimi "NZS" qəsəbəsinin daxilindəki yoldan istifadə edib geri qayıda bilirlər.

"Demokratikmusavat.com" xəbər verir ki, sözügedən məsələ ilə bağlı BNA-dan açıqlama verilib.

“Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi təhlillər aparır. Hazırda 8 noyabr prospektində əlavə geriyə dönmə yerlərinin təşkili məqsədilə  mütəxəssislər tərəfindən işlər aparılır. Burada mövcud yol infrastrukturunun imkan verdiyi yollarda geriyə dönmə yerlərinin təşkili üçün bir sıra təkliflər hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim ediləcək.”

Nəqliyyat eksperti Rövşən Həsənov 8 Noyabr prospektində və şəhərin bir çox başqa yollarında bu cür problemlərin olduğunu və bu problemlərin sürücülər çətinliklər yaratdığını qeyd edib.

“8 Noyabr prospektində üzü şəhər istiqamətində hərəkət edən avtomobillər üçün ən birinci geri dönmə əməliyyatı işıqfordan sağa-sola dönmə nişanı vasitəsilə mümkün olur. Bu isə günün pik saatlarında olduqca uzunmüddətli maneələr yaradır, tıxaclar olur. Bunun qarşısını almaq üçün Babək prospektində olan proseduru daha geniş və normalara uyğun şəkildə 8 Noyabr prospektində təşkil etmək olar. Bununla bağlı yəqin ki, BNA hansısa yeni layihə düşünüb və yaxın vaxtlarda tətbiq edəcək. 8 Noyabr və Babək prospektlərində bənzər yol infrastruktur və dayanma-durma nişanlarında bir çox problemlər özünü göstərir. Bakının bir neçə yerində bu cür problemlər müşahidə olunur. Əsas problemlərdən biri yol nişanları ilə bağlıdır, məsələn geri dönüş etmək istəyən sürücü bildiyiniz kimi hökmən yolun sol zolağı üzrə hərəkətə davam etməlidir. Bakı sakini olmayan sürücülər nabələd olduqları üçün çox vaxt belə hallarda çətinlik çəkirlər və cərimələnirlər. Nəzərə alsaq ki, dediyiniz yolda dönüş edib qayıtmaq üçün NZS qəsəbəsinin daxili yolundan mümkün olur, eyni zamanda bu yolda da tıxac əmələ gəlir.”

0.14317607879639