Qurban Qurbanov "Qarabağ"dakı gələcəyi ilə bağlı ünvanlanan suala belə cavab verdi

 

UEFA Konfrans Liqasının pley-offunda "Qarabağ" "Gent"ə uduzaraq avrokuboklarla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçsinin baş məşqçisi Qurban Qurbanov İngiltərə "Sauthempton"una rəhbərlik edən sabiq köməkçisi Ruben Sellesin onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Sportal.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis "Sauthempton"un müvəqqəti baş məşqçisi Ruben Selyes sizin haqqınızda xoş fikirlər səsləndirmişdi. Sizin özünüzə xarici klublardan müəyyən təkliflər var? "Qarabağ"dan daha böyük kluba, Azərbaycan liqasından daha güclü çempionata getməyə hazırsız? sualına belə cavab verib:

"Əvvəl də fikirlərimi bildirmişdim ki, özümə görə yox, "Qarabağ" və Azərbaycan futbolunun adına görə onun fikirlərini eşitmək mənim üçün çox xoş oldu. Birlikdə nə qədər işləmişik. Komandanın hazırlığının yaxşılaşması üçün ortaq fikirlərimiz olub. Rubenin orada çalışması məni çox sevindirir. Ona uğurlar arzulayıram. Çünki işgüzar biridir. Öz üzərində çox çalışır, daim axtarışdaydı. "Qarabağ"ın adını orada çəkməsi, Azərbaycan futbolunun adının İngiltərə Premyer Liqasında hallanması mənim üçün xoş oldu".

0.1403489112854