Məşhur geofizik: “Şiddətli zəlzələdən sonra...”

 

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələləri araşdıran Rusiya Elmlər Akademiyasının Geofizika İnstitutunun baş tədqiqatçısı Aleksandr Qorşkov HAARP iddialarından danışıb.

Demokratikmusavat.com xəbər verir ki, elm adamı belə müzakirələrin gündəmə gəlməsinin təsadüfi olmadığını bildirib.

“Eyni gündə iki güclü zəlzələnin baş verməsi normaldırmı” sualına Qorşkov belə cavab verib:

“Olduqca nadir olsa da, belə hallar baş verə bilər. Deməli, imkanlar daxilindədir. Bir qayda olaraq, yeraltı təkanlar 1-7 gün arasında baş verir. Ancaq gözlənilənlərin əksinə olaraq, şiddətli bir zəlzələdən sonra müvafiq bölgədə qısa müddətdə daha bir güclü zəlzələ baş verdi. Buna tarixdə rast gəlmək olar”.

0.18801307678223