Çin Rusiyaya silah göndərməyi nəzərdən keçirir

 

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, təşkilat Çinin Rusiyaya silah göndərməyi düşündüyünə dair işarələr görür, lakin hələlik bunu etməyib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Çindən Rusiyaya hər hansı ölümcül silah tədarükünü görməmişik, lakin biz onların bunu öyrəndiklərini və planlaşdırdıqlarına dair işarələr gördük”, - deyə Baş katib bildirib.

ABŞ-ın dövlət katibi Entoni Blinken də bildirib ki, Vaşinqton administrasiyasında Çinin Rusiyaya hərbi yardım göstərməyi, habelə sanksiyalardan yayınmağa kömək etməyi nəzərdən keçirdiyini göstərən məlumatlar var. Onun sözlərinə görə, ABŞ və digər ölkələr Pekini bunu etməməyə çağırır.

“Son bir neçə ay ərzində Çinin indi bunu etməyi düşündüyünü güclü şəkildə sübut edən məlumat aldıq”.

0.29061698913574