“Real”ın zədəli futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.
Demokratikmusavat.com xəbər verir ki, avstriyalı müdafiəçinin sağ bud əzələsində yırtıq aşkarlanıb.
İspaniya mətbuatı Çempionlar Liqasının 1/8 finalında “Liverpul”la görüşdə zədələnən futbolçunu təxminən 1 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü buraxacaq.
Qeyd edək ki, Avstriya – Azərbaycan matçı martın 24-də keçiriləcək.