"Milan"ın və İsveç millisinin ulduzu Zlatan İbrahimoviç özünü aktyorluqda da sınayıb.
Demokratikmusavat.com xəbər verir ki. o, "Asteriks və Obeliks: Səmavi krallıq" filmində rol alıb. Bu barədə İbrahimoviç özü sosial şəbəkə hesabında paylaşım edib.
Filmin artıq premyerası da olub. Məşhur futbolçunun çəkilməsinə görə diqqət çəkən film tezliklə kinoteatrlarda yayımlanacaq. (publika)