"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı video yayılıb.
Demokratikmusavat.com xəbər verir ki, həmin görüntülərdə təcrübəli məşqçinin gəncliyi - "Neftçi"də çıxış etdiyi vaxtlar yer alıb. 1997-ci ilin oktyabrın 18-də keçirilən qarşılaşmada paytaxt təmsilçisi Bərdənin "Qarabağ" komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına respublika stadionununda keçirilən qarşılaşma 3:1 hesabı ilə "Neftçi"nin qələbəsi ilə başa çatıb.
Həmin görüşdə fərqlənənlər arasında Qurban Qurbanov da var idi. Bakılıların 25 yaşlı forvardı mövsümdəki 5-ci oyunda 5-ci qolunu vumuşdu.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ümumiyyətlə, həmin mövsüm Qurbanov "Neftçi" formasıyla 13 oyun keçirib və 9 dəfə fərqlənib. 1998-ci ilin yanvarında isə ikinci dəfə legioner həyatı yaşamaq üçün Rusiyaya üz tutub. Daha əvvəl Gürcüstanın "Alazani" klubunda top qovan milli üzvünün yeni ünvanı Stavropol "Dinamo"su olub.
Qurban Qurbanov bundan sonrakı dönəmdə daha 2 dəfə (2001/02 və 2003/06) "Neftçi"də çıxış edib. Ümumilikdə isə o, paytaxt klubunun formasını geyindiyi 84 matçda 66 qol vurub. (publika)