UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" hesabda geridə olsa da, çətin səfərdə rəqibininin qapısında 5 top keçirib.
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu
00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.