Hücumçu Maradonanın uğurunu təkrarlayıb

 

PSJ-nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb. 

Messi buna Liqa 1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) nail olub. 

O, bununla da cərimə zərbəsindən qollarının sayını 61-ə çatdırıb və əfsanəvi Maradonanın uğurunu təkrarlayıb. 

0.1576988697052