Britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted”i almaq təklifi ilə çıxış edib.
70 yaşlı Retkliff Böyük Britaniyanın ən varlı adamı hesab edilir. O, INEOS neft şirkətinin sahibidir.
Retkliff klubun satın alınması ilə bağlı Uoll-Stritin iki ən böyük investisiya bankı olan “JPMorgan Chase” və “Goldman Sachs”la əməkdaşlığa başlayıb. Bu banklar satınalma ilə bağlı riskləri qiymətləndirəcək və təklif barədə milyarderə məsləhətlər verəcəklər.
Daha əvvəl məlum olub ki, “Mançester Yunayted” uğrunda Qətər şeyxi Casim bin Caber Əl Tani də mübarizə aparmağa hazırdır. Şeyx klubun satın alınması üçün 4,5 milyard funt-sterlinq təklif edib.(oxu.az)