Abşeronda dəhşətli qətl: Anasını doğrayaraq hissələrə ayırdı

 

Xırdalan şəhərində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib.

Belə ki, Hüseynova Mehriban Sabir qızı oğlunun bıçaqlı hücumuna məruz qalıb.

Oğlu M.Hüseynovaya əvvəlcə 21 bıçaq zərbəsi vurub.

Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb.

Qadının meyiti hissələrə bölünmüş halda torbada evdə aşkar edilib.

Abşeron Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətindən Demokratikmusavat.com -a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

0.56331515312195